Azərbaycanda koronavirus infeksiyasına 904 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 490,13 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1013 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər (ötən gün 14 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6638 nəfərə çatıb.
Virusa yoluxmuş 470,861 min nəfər (sutka ərzində +1,196 min) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 631 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9664 (ötən gün 10853 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 932,673 min test aparılıb.*
X.Nəsirzadə