ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və İrəvanla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün şərtlərini və detallarını müzakirə etməyə hazırdırlar.
“Həmsədrlər onların iştirakı ilə görüşə hazır olduqlarını ifadə edən Prezident İlham Əliyev və baş nazir Paşinyanın açıq bəyanatlarını müsbət qiymətləndiriblər”, - deyə həmsədrlərin yaydıqları və ATƏT-in saytında dərc olunmuş bəyanatda bildirilir.
Vasitəçilər tərəflərlə belə bir görüşün şərtlərini və detallarını müzakirə etməyə ümid etdiklərini bildiriblər.
Bundan başqa, onlar Azərbaycan və Ermənistan arasında razılığın əldə edilməsi yollarının tapılması məqsədilə növbəti addımları müzakirə etmək üçün yaxın gələcəkdə bölgəyə səfər etməyə hazır olduqlarını bir daha ifadə ediblər.*
R.Əhmədov