Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Batumi şəhərində baş vermiş faciə ilə əlaqədar Gürcüstana başsağlığı verib.
“Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - deyə XİN-in “Twitter” hesabında bildirilib.
Xatırladaq ki, oktyabrın 8-də Batumidə 5 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfərin axtarışları davam etdirilir.*
A.Salayeva