Azərbaycanda koronavirus infeksiyasına 1 min 017 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 491,147 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 904 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər (ötən gün 13 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 654 nəfərə çatıb.
Virusa yoluxmuş 471,980 min nəfər (sutka ərzində +1 min 119) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 513 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 679 (ötən gün 9 min 664 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 944,352 min test aparılıb.*
A.Salayeva