Azərbaycanın baş naziri Əli Əsədov Batumidə 8 nəfərin ölümü ilə nəticələnmiş faciə ilə əlaqədar Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Ə.Əsədov həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Xatırladaq ki, oktyabrın 8-də Batumidə 5 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 8 nəfər ölüb, 1 nəfərin axtarışları isə davam etdirilir.
Oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.*
A.Salayeva