Müdafiə Nazirliyi Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində mülki şəxsin ölməsi barədə yayılan məlumatları təkzib edib.
“Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir”, - deyə Müdafiə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.*
A.Salayeva