Naxçıvanda Azərbaycan və Türkiyənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Təlimlər Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planına və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.*
A.Salayeva