Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq”, - deyə məlumatda qeyd olunur.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.*
A.Salayeva