Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
“Tatarıstan Respublikasında paraşütçülər olan təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-in Twitter hesabındakı paylaşımında bildirilir.
Oktyabrın 10-da Tatarıstanda “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub, 7 nəfər yaralanıb.*
A/Salayeva