Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya yola düşüb. Bu barədə XİN-dən məlumat verilib.
“Səfərdə məqsəd Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etməkdir”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 11-12-də Belqradda keçiriləcək tədbirə Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri, habelə təsisçi ölkələrin liderləri dəvət olunublar.
Tədbirin təşkilatçıları Azərbaycan və Serbiyadır.*
A.Salayeva