Azərbaycanda koronavirus infeksiyasına 1 min 032 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 492,179 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 017 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər (ötən gün 16 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 664 nəfərə çatıb.
Virusa yoluxmuş 473,023 min nəfər (sutka ərzində +1 min 043) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 492 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 385 (ötən gün 11 min 679 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 952,737 min test aparılıb.*
A.Salayeva