Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistan Gəncəyə raket hücumuna görə cavab verməlidir.
“Bu gün Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür. İnsanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır: Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik”, - Bayramov Twitter hesabında yazıb.
2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri Gəncə şəgərini raket atəşinə tutub. Nəticədə, 10-dan artıq şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb. **
E.Şəfiyev