Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında aqrar sığorta üzrə 3 milyon 906 min manat sığorta haqqı toplanılıb.Bu barədə “İnterfaks-Azərbaycan”a ASF-dən məlumat verilib.
“2021-ci ilin yanvar-sentyabr aylarında aqrar sığorta üzrə 3,906 milyon manat sığorta haqqı toplanılıb.2020-ci ilin noyabr ayında mexanizm tətbiq olunandan sentyabrın sonunadək toplanan ümumi aqrar sığorta haqları 4,614milyon manat təşkil edib”, - Fonddan qeyd ediblər.
Cari ilin 9 ayı ərzində Azərbaycanda 14,667 min ədəd kənd təsərrüfatı heyvanı, 17,249 min hektar əkin sahəsi sığortalanıb. Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə 3 milyon 268 min manat, əkin sahələriin sığortası üzrə isə 638 min manat sığorta haqqı toplanıb. İndiyədək imzalanmış müqavilələr üzrə Aqrar Sığorta Fondu təqribən 74,5 milyon manatlıq risk qəbul edib. **
X.Nəsirzadə