Oktyabrın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
Danışıqlarda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Bundan başqa, Avrasiya məkanında ikitərəfli əlaqələrin və inteqrasiya birliklərində qarşılıqlı əlaqələrin inkişafının aktual məsələləri müzakirə olunacaq. **