Dövlət Vergi Xidməti, Dövlət Turizm Agentliyi, ictimai təşkilatlar və otel sahəsindəfəaliyyət göstərən vergi ödəyiciləri birgə işçi qrupu yaradacaqlar.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Dövlət Turizm Agentliyi, “Milli Otel Assosiasiyası” İctimai Birliyi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda müvafiq qərar Görüşdə qeyd olunub ki, dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasətinin prioritet istiqamətlərindəndir.
Həmçinin, qeyd olunub ki, fəaliyyət sahələri arasında pandemiyadan ən çox təsirlənən sahə turizm olub. Lakin pandemiyanın təsirlərinin azaldılması üçün həyata keçirilən tədbirlər bu sahəni yenidən canlandırıb. Son zamanlar dövriyyələrlə bağlı əldə edilmiş nəticələr də bunu deməyə əsas verir. Görüşdə koronavirus pandemiyasının turizm sektoruna təsirləri və bu sahədə yaranan problemlər diqqətə çatdırılıb, təsirlərin aradan qaldırılması ilə bağlı bir sıra təkliflər müzakirə olunub. **
B.Rüstəmbəyov