Bazar ertəsi Azərbaycan və Türkiyənin XİN başçıları Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu ikitərəfli və beynəlxalq gündəlik məsələləri müzakirə ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində baş tutub.
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub.
“Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar”, - XİN-dən qeyd olunur.
Bayramov və Çavuşoğlu, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. **
E.Şəfiyev