Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 3 milyard 193 milyon 247 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-sentyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 955 milyon 235,3 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 8% artıb.
2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 170 milyon 889 min manat (artım 4,2%), aksizlər üzrə 120 milyon 543,3 min manat (artım 16,6%), yol vergisi üzrə 31 milyon 703,8 min manat (artım 11,4%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 870 milyon 110,9 min manat (artım 17,4%) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.**
X.Nəsirzadə