Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsini müzakirə ediblər.
XİN-in məlumatına görə, görüş Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində baş tutub.
Tərəflər qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.
“Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - XİN-dən qeyd olunur.
Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Qanun imzalayıb. Səfirlik Sarayevo şəhərində açılacaq. **
R.Əhmədov