İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda yerləşən inzibati binalardan birinin fasad üzlüyünün dəyişdirilməsinə 470 min manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, "İDEAL TM"MMC ilə müvafiq müqavilə imalanıb. İnzibati bina Bakının Nərimanov rayonunda yerləşir.
Müqavilənin dəyəri – 469,318 min manatdır. **
B.Rüstəmbəyov