Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib.
“Görüşdə tərəflər işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında təbiətə böyük ziyan vurması, meşələri kütləvi surətdə qırması, çayları çirkləndirməsini müzakirə ediblər”, - dövlət başçısının saytında məlumat verilir.
Həmçinin, Əliyev və Kurum əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
“Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu”, - məlumatda deyilir. **