Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələri 2024-cü il 31 dekabr tarixinədk uzadılıb. İxrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10%-i, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub.
Xəbər verildiyi kimi, Azərbaycanda 2017-ci il fevralın 9-dan bu mallara ixrac gömrük rüsumu tətbiq olunur və onların müddəti 5 ilə nəzərdə tutulur. **
N.Abbasova