Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiqedilməsi haqqında Qanun imzalayıb.
2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun mətni dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, göndərən ölkənin qüvvələri ev sahibi ölkənin ərazisinə gəliş və ev sahibi ölkənin ərazisindən gediş zamanı viza tələblərindən və ev sahibi ölkənin əcnəbilərin qeydiyyata alınması və nəzarəti ilə bağlı prosedurlardan azad olunur.
Göndərən ölkə şəxsi heyət və təchizat barədə məlumatları gəlişindən ən azı 60 gün əvvəl müvafiq forma ilə ev sahibi ölkəyə göndərir. **
X.Nəsirzadə