Azərbaycanın səhiyyə nazirinin müavini Viktor Qasımov bəyan edib ki, hazırda ölkədə COVİD-19 koronavirus infeksiyasına qarşı vaksin ehtiyatı 3 milyona yaxın təşkil edir.
“Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var”, - Qasımov çərşənbə axşamı jurnalistlərə bildirib.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.
2021-ci il oktyabrın 12-nə Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 9 milyon 37,099 min təşkil edir. Eyni zamanda, 4 milyon 903,419 min nəfər koronavirus əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub, bu da əhalinin 40,8%-ni təşkil edir.
Öncə xəbər verilib ki, Azərbaycan 15 milyon doza vaksinin ölkəyə gətirilməsi ilə bağlı müqavilələr imzalayıb. **
X.Nəsirzadə