Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 3% səiyyəsində proqnozlaşdırır. Bu barədə Fondun World Economic Outlook «Recovery During a Pandemic» oktyabr icmalında qeyd olunur.
Apreldə BVF 2021-ci ildə Azərbaycanda ÜDM-in 2,3% səviyyəsində artımını proqnozlaşdırıb.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, Fondun yenilənmiş qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,3% artacaq (aprel proqnozu – artım 1,7%).
BVF 2026-cı ildə Azərbaycanda ÜDM-in artımını 1,7% səviyyəsində proqnozlaşdırır.
Fondun proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda illik inflyasiya 4,4% (əvvəlki proqnoz – 3,5%) təşkil edəcək, 2022-ci ildə - 3,2%-dək azalacaq (dəyişməyib).
BVF 2021-ci ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 7,8%-i səviyyəsində (aprel proqnozu – ÜDM-in 1,1%-i), 2022-ci ildə - ÜDM-in 7,7%-i səviyyəsində (aprel proqnozu – 0,5%), 2026-cı ildə - ÜDM-in 4,3%-i səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi Fond tərəfindən 6,4% səviyyəsində proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə, 2022-ci ildə bu göstərici 6,3%-dək azalacaq.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5%-ə yaxın təşkil edəcək.
2020-ci ildə COVİD-19 və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması səbəbindən Azərbaycanda ÜDM-in azalması 4,3% təşkil edib. 2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8%, tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri – ÜDM-in 0,5%-ni, işsizlik səviyyəsi – 7,2% təşkil edib. **
A.Əzizov