Qarabağda vəziyyətin stabilləşməsi barədə danışmaq tezdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Əfsuslar olsun ki, regionumuzda vəziyyətin tam stabilləşməsi barədə danışmaq hələlik olmaz. Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalmaqdadır”, - Paşinyan RF prezidenti Vladimir Putin ilə görüş zamanı bildirib.
O qeyd edib ki, Rusiya Qarabağ münaqişəsinin həllində və regionda təhlükəsizliyin təminatında əsas rol oynayır. **