2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Ukraynaya əsas neft idxalçısı olub.
Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, 9 ay ərzində $458,135 milyon məbləğində xammal idxal olunub ki, bu da bir il əvvəllə müqayisədə 46,3% çoxdur. Həmçinin, Azərbaycandan $319,866 milyon, Əlcəzairdən -$92,356 milyon, Liviyadan $45,381 milyon, digər ölkələrdən - $0,532 milyon dəyərində neft idxal edilib. **