Bakıda yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 20 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Yol-nəqliyyat hadisəsi çərşənbə günü səhər saatlarında Heydər Əliyev adına Hava limanı-Mərdəkan qəsəbəsi yolunda baş verib.
KİV-in məlumatına görə, ilkin versiyaya əsasən, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.
“Yol qəzası nəticəsində 20 nəfər xəsarət alaraq Bakının iki xəstəxanasına çatdırılıb”, - nazirlikdən qeyd ediblər.
Həmçinin, KİV-in məlumatına görə, yol qəzası nəticəsində həlak olanlar da var. **
R.Əhmədov