Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı 21-ə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Saat 09:00 olan məlumata əsasən, Bakıda yük vatomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 21 nəfər (11 kişi, 10 qadın) xəstəxanalara çatdırılıb. Hazırda həlak olanlarla bağlı məlumatlar dəqiqləşdirilir”, - nazirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, çərşənbə günü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KİV-in məlumatına görə, ilkin versiyaya əsasən, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə, avtobus da aşıb. Həmçinin, KİV məlumat verir ki, yol qəzası zamanı 5 nəfər ölüb.
Nəşrlər qeyd edirlər ki, faktla bağlı cinayət işi başlanıb. **