Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı RF prezidenti Vladimir Putin ilə keçirilən görüşü məhsuldar adlandırıb.
“RF prezidenti Vladimir Putin ilə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəliyi, həm də regionda vəziyyəti müzakirə etdik”, - Paşinyan Twitter hesabında yazıb.
O qeyd edib ki, əldə olunan razılıqların reallaşdırılması məqsədilə təmaslar davam etdiriləcək.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Moskvada RF və Ermənistan liderlərinin danışıqları baş tutub. **