Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasına səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Şahbazovun səfəri RF prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə həyata keçirlir. Səfər çərçivəsində nazir 13-15 oktyabr tarixlərində təşkil olunan “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək”, - nazirlikdən qeyd olunur.
Məlumata görə, Şahbazov “Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?” mövzusunda müzakirələrdə iştirak edəcək.
Bundan əlavə, nazir “Rusiya Enerji Həftəsi” çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. **