Ermənistan və Azərbaycan XİN başçıları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Qarabağ dair növbəti görüş keçirə bilərlər. Bu barədə Ermənistanın xarici işər naziri Ararat Mirzoyan bəyan edib.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri, o cümlədən (Azərbaycamn XİN başçısı ilə) yeni görüşün keçirilməsi planlaşdırlır. Yeni görüşə dair razılaşma var”, - Mirzoyan çərşənbə günü İrəvanda Hindistan XİN başçısı ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağa dair sülh danışıqlarının bərpasını alqışlayır.
“Qarabağ probleminin yalnız bu formatda, ATƏT MQ-nin mandatı çərçivəsində sülh danışıqları əsasında həllini nəzərdən keçiririk. Nyu-Yorkda keçirilmiş görüş zamanı (sentaybrın 25-də Azərbaycanın XİN başçısı və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə - İF) biz konkret razılaşmalar əldə etdik, bu, xüsusilə, humanitar məsələlərin həllidir”, - Ermənistan XİN başçısı bildirib. **