Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistan Krallığı və Sudan Respublikası üzrə nümayəndəsi təyin edilib.
“Bu ölkələrdə Konfederasiyanı Ceyhun Xəlilov təmsil edəcək”, - Konfederasiyanın məlumatında qeyd olunur.
Xəlilov “Red Line Shipping” şirkətinin İdarə Heyətinin üzvü, bununla yanaşı, “Egypt Azerbaijan Export”; “Bazaar Stone” və “Elite Trading” şirkətlərinin təsisçisi və direktorudur. 2018-ci ildən Xəlilov “Global Contracting & Supplies” şirkətinin baş menecer vəzifəsində çalışır. **