Azərbaycanın İsraillə əməkdaşlığına dair İranın bəyanatları bəhanədir. Bu barədə Azərbaycan pezidenti İlham Əliyev bəyan edib.
“İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır.Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil”, - Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, “əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa”, bu cəhdlər boş çıxıb.
“Baş verənlərin (İranla münasibətlərdə gərginliyin - İF) səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir”, - Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını tələb edir.
“Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik (Gorus-Qafan yolunun bir hissəsinə - İF) və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin (söhbət İranın yük avtomobillərinin Azərbaycan sərhədini qanunsuz keçməkdən gedirt - İF) yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi”, - Əliyev deyib.
E.Şəfiyev