Moskva və Bütün Rusiyanın Patriarxı KirillAzərbaycan və Ermənistan hökumətlərini əsirlərin azad edilməsinə yardım etməyə və Qarabağda icazəsiz silahdan istifadənin qarşısını almağa çağırıb.
“İtkin düşənlərin taleyini öyrənməyə, hərbi əsirlərin azad edilməsi prosesinə imkan yaratnağa və dinc vətəndaşların həyatı üçün təhlükə törədən silahın icazəsiz istifadəsinə imkan verməməyə çağırırıq”, - Patriarx çərşənbə günü Moskvada hər iki ölkənin dini liderləri - II Qareqin və Allahşükür Paşazadə ilə görüşdən sonra bildirib.
O, həmçinin bəyan edib ki, gələcəkdə “hər vəchlə nifrət dilindən çəkinməyə çalışmaq”, münaqişə zonasında hərbi əməliyyatlara çağöırışlardan çəkinmək lazımdır və gəncləri “aqressiya və radikalizm ruhuna qapılmamağa, ilk növbədə sülh axtarmağa” çağırıb.
Patriarx qeyd edib ki, Qafqaz hər zaman xalqların, dillərin və mədəniyyətlərin müxtəlifliyi ilə tanınıb və “Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayı.dan başqa digər gələcək mpvcud deyil”. Onun rəyinə görə, bu gün insanların biri-birinə etimadını bərpa etmək, “qonşunu yenidən hörmət və qarşılıqlı yardıma hazırlıqla qəbul etmək” xüsusilə vacibdir.
“Hazırki mərhələdə Ermənistan-Azərbaycan münasibətləri nə qədər mürəkkəb olsa belə, hesab edirik ki, məhz Tanrıya inam və sevgi uzun illər ərzində faciəli qarşıdurmanın vurduğu yaraların sağalmasına yardım edə bilər”, - Patriarx Kirill vurğulayıb.
Yekunda o təsdiq edib ki, dini liderlər Azərbaycan və Ermənistan xalqlarının barışığına yardım etmıəyə hazırdılar və Rus Pravoslav Kilsəsi öz tərəfindən özünə yaxın bildiyi iki xalqın barışması üçün dua edir və bundan sonra da Cənubi Qafqazda davamlı və ədalətli sülhün bərqərar olmasına hər vasitə ilə yardım etməyə hazırdır. **