Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,6 milyon manat ayırmağı tapşırıb.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Sərəncam çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
E.Şəfiyev