Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, həm daxili, həm də xarici vəsaitlər hesabına ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqda davam edir. Xarici vəsaitlər müvafiq dövlət fond və agentliklərinin hesabına sahibkarlara təklif olunur. AccessBank-ın bu istiqamətdə əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Sahibkarlığın İnkişafı Fondudur (SİF). Fond cari ilin 1 oktyabr tarixinə güzəştli kreditlər üzrə ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının adını açıqlayıb. AccessBank siyahıda ilk pillədə qərarlaşıb. Belə ki, Bank cari dövr ərzində 273 sahibkar 5000000 AZN dəyərində güzəştli kredit təqdim edib.
SİF-in sahibkarlar üçün nəzərdə tutulmuş digər məhsulu isə zəmanətli kreditdir. 2021-ci ilin 9 ayı ərzində bu məhsul üzrə 95 sahibkara 15117000 AZN dəyərində kredit təqdim edilib.
Hər iki kredit növü üzrə ümumilikdə sahibkarlara 20117000 AZN dəyərində vəsait verilib. Tərəflər arasında əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli və ya güzəştli kreditlərin ayrılmasını davam etdirir.