“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC 2020-ci ildə gəlirləri 16,1% - 18 milyon 573.813 min manatdək azaldıb. Bu barədə cəmiyyətin 2020-ci il ərzində sənədlərində deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumata əsasən, gəlirlərin strukturunda 18 milyon 533,731 min manat əsas əməliyyat gəlirləri, 40,082 min manat – digər əməliyyat gəlirlərinin payına düşüb.
2020-ci ildə cəmiyyətin xərcləri 18% - 18 milyon 154 min manatadək azalıb. Xərclər strukturunda ən böyük hissə digər əməliyyat xərclərinin payına düşüb – 10 milyon 118,562 min manat.
2020-ci ildə işçi personalına ödənişlər 3milyon 314,182 min manat, amortizasiya xərcləri – 4 milyon 174, 570 manat təşkil edib.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.**
B.Rüstəmbəyov