İndiyədək Azərbaycanın vergi orqanları tərəfindən 48,169 min yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Sentyabrda 2,58 min yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
“2021-ci ilin yanvar-sentyabr ayıarında onlar üzrə dövriyyə 11,1 milyard manat təşkil edib (sentyabrda – 1,4 milyard manat - İF), bu da 2020-ci ilin 9 ayın göstəricisindən 1,9 dəfədən çoxdur”, - Xidmətdən qeyd ediblər.
Nəzarət-kassa aparatlarınınn quraşdırılması üzrə qrafik Nazirlər Kabineti tərəfindən təsdiq olunuv və 4 mərhələdən ibarətdir. 2022-ci ilin sonuna ölkədə bütün kassa aparatları yeni nəsil kassa aparatları ilə əvəzlənəcək. **
B.Rüstəmbəyov