2022-ci ilin birinci rübündə Udmurtiya İxraca Dəstək Mərkəzi şirkətlərin Azərbaycana biznes missiyasını təşkil etmıyi planlaşdırır. Bu barədə Rusiyanın Bakıdakı Ticarət Nümayəndəliyi məlumat verir.
Oktyabrın 13-də Rusiya Sənaye və Ticarət Nazilriyinin “Ticarət nümayəndəsi ilə bir saat” layihəsi çərçivəsində Udmurtiyanın biznes nümayəndələri ilə videokonfrans keçirilib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, Udmurtiyanın işgüzar birliyini İjevsk mexanika zavodu, “Aksion” Konserni, “İRZ-Lokomotiv”, “Nort Eksport”, İjevsk radiatorlar zavodu, “Novıy dom”, “Liqa”, “İjEKSPORT” və digər müəssisələrin rəhbərləri və mütəxəssisləri təmsil ediblər.
Həmçinin, tədbirdə Udmurtiyanın sdənaye və ticarət naziri Viktor Loşkarev, Rusiyanın Azərbacandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəsi Nikolay Bondov, Udmurtiya İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko iştirak ediblər.
Loşkarev qeyd edib ki, cari ildə Udmurtiya müəssisələri Azərbaycana $6 milyondan çox məhsul tədarük ediblər.
Mirsayapov Azərbaycanla daha perspektiv əməkdaşlıq istiqamətləri və azərbaycanlı tərəfaşlarla Udmurtiyanın işgüzar əlaqələrinin inkişafı imkanlarından söz açıb. Onun sözlərinə görə, Udmurtiyadan taxta-şalban, faner tədarükü həcmlərini artırılması, maşınqayırma məhsulları, metalyayan, ərzaq məhsullarının ixracı üçün yaxşı imkanlar var. **
B.Rüstəmbəyov