Azərbaycan 2023-cü ildən Türkiyəyə qaz tədarükünü 3,5 milyard kubmetr – 9.5 milyard kubmetrədək artırılmasına dair razılığa gəlib. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə məlumat verir.
O bəyan edib ki, Bakı qaz tədarükünə dair müqavilənin uzadılması ilə baölı Ankara ilə razılığa gəlib. “Bəli, növbəti illərdə, hazırda tədarü etdiyimiz 6 milyard kubmetrə orta hesabla daha 3,5 milyard kubmetrə əlavə olunacaq, 2023-cü ildən etibarən, “Şahdəniz” yatrağlnın işlənməsi üzrə “Mərhələ-1” layihəsindən”, - nazir bildirib.
Hazırda Azərbaycan qazı Avropaya ötürmə gücü 16 milyard kubmetr olan Cənub Qaz Dəhlizi vasitəsilə nəql edilir. Bu həcmin 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulub. Qazın alıcıları İtaliya, Yunanıstan və Bolqarıstandır.
Azərbaycan 2021-ci ildə bu ölkələrə 5-5,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.**