2021-ci ilin yanvar-iyul aylarında Hindistan şirkətləri Azərbaycana $15,8 milyon dəyərində dərman idxal ediblər, bu da ötən ilin 7 ayının göstəricisindən 96% çoxdur.
Hindistanın Azərbaycandakı səfirliyində “Əczaçılıq sahəsində Hindistan-Azərbaycan əməkdaşlığı” mövzusunda vebinar keçirilib. Tədbirdə 130-dən artıq şəxs, həmçinin Azərbaycanın aidiyyəti dövlət strukturlarının, Pharmexcil (Hindistanın əczaçılıq ixracının inkişafı Şurası), Hindistan səfirliyininin, o cümlədən, Hindistan və Azərbaycanın əczaçılıq şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, 2021-ci ilin 7 ayının yekunları üzrə Azərbaycan bazarına Hindistandan dərmanların tədarükünün payı 5,3%-ə çatıb.
2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər Hindistanın əczaçılıq preparatlarının dövriyyəsi $24,5 milyard təşkil edib. Hindistan 200-dən artıq ölkədə patenti olamyan dərman tədarük edir. ÜST-nin COVİD-19 əleyhinə vaksinlərinə tələbatını 70% təmin edir. Hindistanda əhaliyə 960 milyon dozadan artıq vaksin vurulub, 90-dan çox ölkəyə COVİD-19 əleyhinə 66 milyon doza vaksin təqdim edib. **
E.Şəfiyev