Rusiya-Azərbaycan sərhədində “Yaraq-Kazmalyar” beynəlxalq avtomobil gömrük-keçid məntəqəsinin yenidənqurma işləri 2022-ci ildə başa çatacaq.
“İnterfaks-Azərbaycan” agetliyi Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlət müqaviləsi çərçivəsində “Yaraq-Kazmalyar”keçid məntəqəsində yenidənqurma işləri aparılır.
Yenidənqurma layihəsinə əsasən, tikinti işləri iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2021-ci il dekabrın 31-dək, ikinci mərhələ - işlərə başlanandan 8 ay davam edəcək.
Məntəqənin yenidənqurmasının nəticələrinə görə, “Yaraq-Kazmalyar”ın gündəlik ötürmə qabiliyyəti 730 minik avtomobili, 630 yük nəqliyyat vasitələri, 40 avtobus və 4000 fiziki şəxs təşkil etməlidir. **
E.Şəfiyev