Bakı ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmət əsasında Ermənistanla münasibətlərin normallaşamasına, həmçinin Cənubi Qafqazda bütün kommunikasiyaların açılmasına hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, əraərazizi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır”, - Bayramov cümə axşamı Minsk şəhərində MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
XİN-in məlumatına görə, nazir vurğulayıb ki, Azərbaycan qeyd olunan prinsiplərə riayət etməklə Ermənistanı sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırır.
Bayramov bildirib ki, Azərbaycan üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiqdir. Nazir “kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən” əminlik ifadə edib.
Nazir əlavə edib ki, regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Birgə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verilir.
O cümlədən XİN başçısı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə Azərbaycanın tarixi, dini və mədəni irsinin məhv edilməsi barədə iclas iştirakçılarına məlumat verib.
“Münaqişə keçmişdə qaldı, əsas məqsəd azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsidir”, - Bayramov qeyd edib. Bu xüsusda, nazir toplantı iştirakçılarına Qarabağda azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib. **
E.Şəfiyev