Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova ikitərəfli və regional məsələlərin müzakirəsini təklif edib.
“Yaxşı ki, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ikitərəfli münasibətlərimiz, regional məsələlər üzrə görüşmək imkanı var. Bu yaxınlarda prezidentlərimiz telefon vasitəsilə söhbət ediblər, həll olunmasını tələb edən məsələlər var”, - rusiyalı nazir Minskdə keçirilən görüşü açarkən bildirib. **