Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova ikitərəfli və regional məsələlərin müzakirəsini təklif edib.
“Yaxşı ki, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ikitərəfli münasibətlərimiz, regional məsələlər üzrə görüşmək imkanı var. Bu yaxınlarda prezidentlərimiz telefon vasitəsilə söhbət ediblər, həll olunmasını tələb edən məsələlər var”, - rusiyalı nazir Minskdə keçirilən görüşü açarkən bildirib.
Daha sonra Lavrov Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb.
“Bu yaxınlarda Moskvada ətraflı söhbət etmişik, ancaq bu gün hansısa əlavə ikitərıfli xarakterli mısələləri və əlbəttə ki, regionu nəzərdən keçirmək olar. Qarabağ hər zaman bizim diqqətimizdə olmalıdır”, - nazir görüşün əvvəlində bildirib.
Daha sonra Minskdə RF, Azərbaycan və Ermənistan XİN başçılarının grüşünün keçirilməsi gözlənilir. **