Hazırda Azərbaycan Rusiyaya konteyner daşımaları ilə alma və pomidor ixracına keçid üçün işlər həyata keçirir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəyan edib.
“Alma və pomidorun konteynerlər vasitəsilə ixracı məsələsinə gəlincə, deyə bilərəm ki, “Rosselxoznadzor”un şərtinə əsasən, müasir beynəlxalq standartlara cavab verən konteynerlərdən istifadə olunmalıdır. Bu konteynerlərin istifadəsi bitkilərin xəstəliklərinin yayılmasının qarşısının alınması məsələsində çox vacibdir”, - Təhməzli cümə axşamı mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, AQTA-nin aidiyyəti orqanlarla birgə fəaliyyəti nəticəsində, “Rosselxoznadzor” dəmir yolu vaqonları ilə alma və pomidor ixracına dair icazənin müddətini 2021-ci oktyabrın 1-dən 2022-ci ilin aprelin 1-dək uzadıb.
“Qarşıya qoyulan şərtə görə - bu sahədə gələcəkdə problemlərin olmaması üçün 6 ay ərzində konteyner daşımalarına keçidi təmin etmək”, - Təhməzli əlavə edib.
Xəbər verildiyi kimi, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarükünə dair icazənin müddətini 2022-ci ilin aprelin 1-dək uzadıb. **
X.Nəsirzadə