İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əməkdaşlarının könüllü tibbi sığortası üçün sığorta şirkəti seçib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, İKZF “Qala Sığorta” ASC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 271,08 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.**
B.Rüstəmbəyov