2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 4,8% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb.
2021-ci ilin 9 ayı ərzində ölkədə 62 milyard 877,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 40,1%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 5,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,9%-i tikinti,1,8%-i informasiya və rabitə, 1,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6 milyard 279 manat təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.**
N.Abbasova