2021-ci ilin yanvar-sentyabr aylarında elektron ödəniş sistemlərindən istifadə etməklə Rusiyadan Gürcüstana fiziki şəxslər tərəfinsən köçürülən vəsaitin həcmi $44,4 milyon və ya 2020-ci ilin analoji dövrü ilə müqayisədə - $301 milyona qədər artıb. Bu barədə Gürcüstan Milli Bankı məlumat verir.
Məlumata əsasən, yanvar-sentyabr aylarında Gürcüstana pul köçürmələri daxil olan ölkələr arasında RF birinci yerdə, $282,7 milyon ilə İtaliya (16%) – ikinci, $209,9 milyon ilə ABŞ (11,9%) – üçüncü yerdədir. Həmçinin, beşliyə Yunanıstan - $181,4 milyon (10,3%) və İsrail - $136,8 milyon (7,7%) daxildir. Daha sonra Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, Qazaxıstan, İspaniya, Fransa və digər dövlətlər gəlir. **