Azərbaycanda sənaye parklarının rezidentləri malların idxalı zamanı 2026-cı il mayın 1-dək vergi ödənişindən azad olunacaq.
Azərbaycan prezidenti İlham Əliyev cümə günü Azərbaycan Respublikasının Vergi Məcəlləsindəmüvafiq dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri daha 5 il - 1 may 2026-cı ilə qədər vergi ödəməkdən azad edilib.
Bundan əlavə, Azərbaycan prezidenti "Gömrük tarifi haqqında" qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri həmçinin daha 5 il - 1 may 2026-cı ilə qədər gömrük rüsumu ödəməkdən azad edilib. **
R.Əhmədov